08 Noyabr 2023, 12:24
FUTBOL
"Nyukasl"ın baş məşqçisi Eddi Hou Çempionlar Liqasının IV turunun "Borussiya" (Dortmund) ilə matçından sonra (0:2) açıqlama verib. Matc.az xəbər verir ki, o,
"Bu gecə ideal formamızdan uzaq idik. Oyun üslubumuzda intensivlik, keyfiyyət yox idi. Əlbəttə, qol epizodlarımız oldu. Bu, futboldur. Hər şey ola bilər. Əlimizdən gələnin ən yaxşısını etməyə malik gücə sahibik".
"Sağsağanlar" qitənin bir nömrəli klub turnirinin F qrupunda 4 xalla sonuncudur. Almaniya təmsilçisi isə 7 xalla qrupa başçılıq edir. V turda Eddi Hounun komandası səfərdə "Milan"la, "Nyukasl" isə PSJ ilə qarşılaşacaq.