Turnirin son çempionu 52-ci dəqiqəyə qədər rəqibin qapısından 3 cavabsız top keçirib. Nəticədə, onlar qitənin bir nömrəli klub turnirində ən az oyuna çıxaraq (119) 250 qol həddinə çatan 12-ci klub kimi tarixə düşüb.

"Mançester Siti" Çempionlar Liqasının qrup mərhələsinin IV turunda "Yanq Boyz"la qarşılaşıb (3:0). Matc.az xəbər verir ki, həmin oyun "şəhərlilər" üçün əlamətdar olub.
 
Belə ki, turnirin son çempionu 52-ci dəqiqəyə qədər rəqibin qapısından 3 cavabsız top keçirib. Nəticədə, onlar qitənin bir nömrəli klub turnirində ən az oyuna çıxaraq (119) 250 qol həddinə çatan 12-ci klub kimi tarixə düşüb.
 
Xatırladaq ki, Pep Qvardiolanın komandası 2022/23 mövsümündə tarixdə ilk dəfə Çempionlar Liqasının qızıl medallarına yiyələniblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest