Həmin oyunda qapısını toxunulmaz saxlayan "şəhərlilər"in qapıçısı Ederson Moraes turnirdə 50-ci qələbəsini qazanıb. Braziliyalı 75 qarşılaşmada 50 qələbəyə sevinən qapıçı kimi tarixə düşüb.

"Mançester Siti" Çempionlar Liqasının qrup mərhələsinin IV turunda "Yanq Boyz"u məğlub edib (3:0). Matc.az xəbər verir ki, həmin oyunda qapısını toxunulmaz saxlayan "şəhərlilər"in qapıçısı Ederson Moraes turnirdə 50-ci qələbəsini qazanıb.
 
Braziliyalı 75 qarşılaşmada 50 qələbəyə sevinən qapıçı kimi tarixə düşüb. "Sambaçı" cari mövsüm Mançester təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 15 oyuna çıxıb, 11 qol buraxıb və 5 dəfə qapısını toxunulmaz saxlayıb.
 
Xatırladaq ki, Pep Qvardiolanın çalışdırdığı kollektiv yarışın turnir cədvəlində 12 xalla vahid liderdir. Onlar sona 2 tur qalmış adlarını növbəti mərhələyə yazdırıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest