"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin IV turunun "Yanq Boyz"la qarşılaşmasını (3:0) şərh edib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis qrupda ən güclü rəqiblərinin adını açıqlayıb:
 
"Əlbəttə, sona 2 tur qalmış növbəti mərhələyə vəsiqə qazandığımız üçün son dərəcə xoşbəxtik. Qrupu birinci yerdə bitirməliyik. Bu barədə geniş düşünmək üçün vaxtımız var.
 
Matç barədə düşüncələrim necədir? Daha çox qol vura bilərdik. Lakin hər şeyə rəğmən, komandamın çıxışı xoşuma gəlir. Hədəflərimiz çoxdur. Buna görə də Premyer Liqada zirvədəyik və Çempionlar Liqasında pley-offa vəsiqəni artıq təmin etmişik. "Leypsiq" qrupun ən güclü rəqibidir, lakin biz birinci olmalıyıq".
 
G qrupunun turnir cədvəlinə "şəhərlilər" 12 xalla başçılıq edir. "Leypsiq" 9 xalla ikinci, "Srvena Zvezda" və "Yanq Boyz" isə müvafiq olaraq, üçüncü və dördüncü pillələri bölüşdürürlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest