Bildirilib ki, komandanın çıxışları qiymətləndirildikdən sonra Santo ilə müqaviləyə xitam verilib. Komandanın növbəti oyuna hazırlığını köməkçi məşqçi Həsən Xəlifə daşıyacaq.

Portuqaliyalı mütəxəssis Nuno Eşpirito Santu Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunu tərk edib. Matc.az xəbər verir ki, bu barədə klub “X” sosial şəbəkəsində paylaşım edib.
 
Bildirilib ki, komandanın çıxışları qiymətləndirildikdən sonra Santo ilə müqaviləyə xitam verilib. Komandanın növbəti oyuna hazırlığını köməkçi məşqçi Həsən Xəlifə daşıyacaq. Hazırda ərəb klubu yeni baş məşqçi axtarışındadı.
 
Qeyd edək ki, Kərim Benzema, Nqolo Kante, Fabinyo kimi ulduz futbolçuların heyətində yer aldığı “Əl-İttihad” ötən mövsüm həm Səudiyyə Ərəbistanı çempionu olub, həm də ölkə Superkubokunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest