“Qarabağ”a qarşı Leverkuzendə oynamışıq. Buradakı 5:1 hesablı qələbəyə baxmayaraq, Bakıda bizi çətin mübarizə gözləyir”. Matc.az xəbər verir ki, bunu “Bayer”in qapıçısı Matey Kovarj deyib.
 
Çexiyalı qolkiper Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransında çıxış edib.
 
O, səfərə 3 xal üçün yollanacaqlarını bildirib: “Qarabağ” Leverkuzendə əsl gücünü göstərə bilməmişdi. Buna baxmayaraq, qələbə qazanaraq, qrup birinciliyini təmin etmək istəyirik. Azərbaycanda gücümüzü göstərəcəyik”.
 
Kovarjın fikrincə, avrokuboklarda səfər oyunları həmişə çətin olur: “Komandalar öz meydanlarında bütün güclərini ortaya qoyurlar. Ancaq mən Bakıdakı qarşılaşmada komandamın uğurlu nəticə əldə etməsinə çalışacağam”.
 
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest