08 Noyabr 2023, 13:58
FUTBOL
"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş Çempionlar Liqasının qrup mərhələsinin IV turunun "Yanq Boyz"la görüşünü (3:0) dəyərləndirib. Matc.az xəbər verir ki, o, öncə il ərzində çoxlu oyunlar keçirdiyini deyib:
"Cari mövsüm yalnız İngiltərə Liqa kubokunda mübarizə aparmırıq. Əksər hallarda isə bütün yarışlarda iştirak edirik. Fikrimcə, Pep Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Bu, yeni fikir deyil. Qvardiola illərlə bunu sübut edib. Bir reallıq var: dünyanın ən yaxşı məşqçisi də komandaya ehtiyac duyur. Biz həm oyun zamanı, həm də oyundan sonra komanda şəklində çıxış edirik".
G qrupunun turnir cədvəlinə "şəhərlilər" 12 xalla başçılıq edir. "Leypsiq" 9 xalla ikinci, "Srvena Zvezda" və "Yanq Boyz" isə müvafiq olaraq, üçüncü və dördüncü pillələri bölüşdürürlər.