1992/93 mövsümündən bu yana Çempionlar Liqası kubokunun ən çox getdiyi ölkələrin sıralaması müəyyənləşib. Mact.az xəbər verir ki, İspaniya zirvədə qərarlaşıb.
 
Bu göstəricidə İngiltərə ikinci, İtaliya isə üçüncü olub:
 
1. İspaniya – iştirak sayı: 104; kubok sayı: 12;
2. İngiltərə – iştirak sayı: 100; kubok sayı: 7;
3. İtaliya – iştirak sayı: 90; kubok sayı: 5;
4. Almaniya – iştirak sayı: 91; kubok sayı: 4;
5. Fransa – iştirak sayı: 71; kubok sayı: 1;
6. Portuqaliya – iştirak sayı: 57; kubok sayı: 1;
7. Niderland – iştirak sayı: 43; kubok sayı: 1.
 
Xatırladaq ki, qitənin bir nömrəli klub turnirinin son qalibi "Mançester Siti"dir (İngiltərə).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest