08 Noyabr 2023, 16:18
FUTBOL
Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda keçiriləcək “Napoli” – “Union” oyunu öncəsi xoşagəlməz hadisə yaşanıb. Matc.az xəbər verir ki, Almaniya klubunun 200-dən çox azarkeşi iğtişaşlar törədib.
Şəhərin mərkəzindəki bir neçə küçə Berlin klubunun fanatları tərəfindən vandalizm və zorakılıq aktlarına məruz qalıb. Onlar bir neçə dəfə polislə münaqişəyə girərək, fişənglər və tüstü bombaları atıblar.
Polis dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib. Hadisə nəticəsində bir sıra küçələrdə vitrinlər və avtomobillər zədələnib, bir neçə azarkeş saxlanılıb.
Qeyd edək ki, bu gün Neapolda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.