08 Noyabr 2023, 17:39
FUTBOL
Atası “Bomik” klubunda forma geyinən Lesinin ölümündən öncə komanda daxilində problem yaşadığı üçün düşərgədən ayrıldığını və dəniz boyu gəzintiyə çıxdığını deyib.
Rusiyalı futbolçu Aleksey Lesin 30 yaşında vəfat edib. Matc.az xəbər verir ki, bunu oyunçunun atası Sergey Lesin deyib.
Onun dediyinə görə, oğlunun meyiti Soçidə dəniz kənarında tapılıb.
Atası “Bomik” klubunda forma geyinən Lesinin ölümündən öncə komanda daxilində problem yaşadığı üçün düşərgədən ayrıldığını və dəniz boyu gəzintiyə çıxdığını deyib. Sergey Lesin əlavə edib ki, həmin vaxt oğlunun əlində olan bel çantası tapılmayıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.