08 Noyabr 2023, 17:43
FUTBOL
“Sabah bizi maraqlı oyun gözləyir”. Matc.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadəyə məxsusdu.
26 yaşlı oyunçu Avropa Liqasının qrup mərhələsinin IV turunda “Bayer”lə keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransında bunları deyib: “Rəqibin gücündən danışmağa ehtiyac duymuram. Əsas bizim onlara qarşı necə reaksiya göstərməyimizdir. Komanda olaraq əlimizdən gələni edəcəyik”.
Millimizin üzvü “Bayer”i ötən mövsüm qarşılaşdıqları Almaniyanın digər klubu “Frayburq”dan güclü hesab edir: “Almaniya klubları taktiki savadları və intizamları ilə seçiliblər. Düşünürəm ki, bəzi məsələlərdə “Bayer” “Frayburq”dan da üstündür. Bu tip rəqiblərə qarşı daha kompakt oynayaraq nəticə qazanmaq olar”.