“Barselona”nın sabiq müdafiəçisi Xerard Pike insanların “Real”ın kuboklarından daha çox Kataloniya klubunun titullarını xatırladığı fikrini bildirib.
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Biz “Barselona”dan daha çox insanların “Real”ı dəstəklədiyi bir ölkədəyik. Bura paytaxtdır. Bizi həmişə kənarda incitməyə çalışan biri kimi görüblər. Həmişə 1:0 öndə olublar. Amma biz bu müharibələrə qarışmamalıyıq. Mən kim olduğumuza diqqət yetirməyə çalışardım. İndiki “Real” həmişəki kimi deyil. Az göstərir, amma nəticə əldə edir. Fevralda onlar bütün turnirlərdə mübarizəni davam etdirəcəklər. Çempionlar Liqasında da görəcəyik. Bundan çox danışırlar. "Barselona" edəndə isə elə də danışılmır. Biz qalib gələndə həmişə xatırlanırıq. Onlar qalib gəldikdə, bu, sadəcə, növbəti qələbədir deyilir. Bu, düzgün yanaşma deyil. Hər zaman belə olub. Kaş olmayaydı”.