08 Noyabr 2023, 18:34
FUTBOL
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella "Real"ın yarımmüdafiəçisi Arda Güləri ziyarət edib.
Matc.az xəbər verir ki, 18 yaşlı türk futbolçu ABŞ-da mövsümün əvvəlində məşq zamanı menisküsündən zədələnib. Çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Arda Güləri Madriddə ziyarət etmək qərarına gəldim. Çünki onun parlaq gələcəyi olduğuna əminəm. O, böyük istedaddır. Mən tək onun zədələri ilə maraqlanmıram. Həm də onula sğhbət etmək istədim. O, bizim gələcəyimizdir".
Qeyd edək ki, 18 yaşlı Gülərin Türkiyə millisində 4 oyunu var və 1 qol var.