08 Noyabr 2023, 20:15
FUTBOL
“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti görüşünü keçirib.
Matc.az xəbər verir ki, “qırmızı-qaralar” ikinci mərhələnin ilk duelinə çıxıb. Komanda Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən matçda ev sahibi komandası 3:0 hesabı ilə uduzub.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü noyabrın 29-da Pireydə keçiriləcək.