“Barselona”nın və İspaniya millisinin sabiq müdafiəçisi Xerard Pike müğənni Şakira ilə qalmaqallı fasilədən sonra onun haqqında yazılanları necə qəbul etdiyini danışıb.
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: “İndi mənim haqqımda dediklərinə əhəmiyyət versəydim, özümü mənzilimə bağlayar və ya altıncı mərtəbədən atardım. Bundan canlı çıxmağın yeganə yolu ona məhəl qoymamaqdır. Mən hər gün çölə çıxıb, əslində mövcud olmayan bir şeyi inkar edə bilmirəm. Mən bu barədə danışmaq istəmirəm və danışmayacağam. Bununla belə, insanlar baş verənlərin 10 faizini belə bilmirlər”
Qeyd edək ki, 2011-ci ildən münasibətdə olan, iki övladı olan kolumbiyalı müğənni və keçmiş futbolçunun ötən yay Pikenin xəyanətinə görə ayrıldığı bildirilir.