“Mançester Siti”nin keçmiş futbolçusu Şon Rayt-Fiillips 2023-cü ildə “Qızıl top”un nəticələrini ədalətsiz adlandırıb.

Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Mən əminəm ki, Erling Haaland bu il “Qızıl top”u qazanmağa layiq idi. Lionel Messi bütün zamanların ən böyük oyunçusudur. Lakin mükafat həmişə fərdi nailiyyətlər əsasında verilib və Haaland bütün rekordları qırıb. Ötən mövsüm klub üçün vurduğu qolların sayı inanılmaz idi. Messinin Argentina ilə Dünya Kubokunu qazandığı üçün mükafatı alması mənə bir az qəddar görünür. Çünki Haaland bu turnirdə belə iştirak etməyən Norveç üçün oynayır. Ona görə də bu, həqiqətən ədalətli deyil”.

Qeyd edək ki, "İnter"in argentinalı hücumçusu Lionel Messi ötən mövsüm 8-ci dəfə "Qızıl top"u qazanıb . “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland səsvermədə 2-ci olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest