Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Zirə” – “Turan Tovuz” oyununu izləyənlər arasında diqqətçəkən bir mütəxəssis də var. Zirə İdman Kompleksinin stadionunda təşkil olunan görüşü “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov da seyr edir.
Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Zirə” – “Turan Tovuz” oyununu izləyənlər arasında diqqətçəkən bir mütəxəssis də var. Matc.az saytının məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda təşkil olunan görüşü “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov da seyr edir.
Gənc mütəxəssisin tribunada yer alması heç də səbəbsiz deyil. Məsələ burasındadı ki, Naxçıvan klubu Premyer Liqanın növbəti – XVIII turunda məhz “Turan Tovuz”la üz-üzə gələcək. Bağırov səfər qarşılaşması öncəsi rəqibi daha yaxından izləmək fikrinə düşüb.
Qeyd edək ki, “Turan Tovuz” - “Araz-Naxçıvan” oyunu dekabrın 23-də Tovuz şəhər stadionunda keçiriləcək.