20 Dekabr 2023, 17:45
FUTBOL
Matc.az xəbər verir ki, "Bavariya"nın mərkəz müdafiəçisi Kim Min Ce Almaniya Bundesliqasında ilk 6 aydakı çıxışından narazı olduğunu bildirib.
“Bundesliqadakı ilk 6 ayımdan o qədər də razı deyiləm. Bu günə qədər özümü start heyətində əvəzolunmaz oyunçu kimi hiss etməmişəm. Əgər komandanızda De Lixt və Upamekano kimi futbolçular varsa, sizin əsas heyətə düşməyiniz möcüzə olar".
Xatırladaq ki, yayda “Bavariya” koreyalı oyunçu üçün 40 milyon avro ödəmişdi.