Matc.az xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İspaniya millisinə mümkün təyinatından danışıb:
 
“İspaniya millisində çalışmaq istərdimmi? “Mançester Siti”də xoşbəxtəm. Mənim müqaviləmin bitməsinə hələ il yarım qalıb. Ümid edirəm ki, məni işdən çıxarmazlar və burada qala bilərəm”.
 
Xatırladaq ki, Qvardiola 2016-cı ilin yayından  “Mançester Siti”yə rəhbərlik edir. "Şəhərlilər" onun idarəçiliyi altında 5 dəfə İngiltərə Premyer Liqasını və 1 dəfə Çempionlar Liqasını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest