Turin "Yuventus"unun sabiq hücumçusu Paulo Dibala keçmiş komandası ilə səfər matçına qədər sağalmaq üçün əlindən gələni edir.
 
Matc.az xəbər verir ki, “Roma”nın argentinalı forvardı dekabrın 30-da “Yuventus”a qarşı keçiriləcək oyunda iştirak etmək üçün zədəsini intensiv şəkildə bərpa edir.
 
Xatırladaq ki, Dibala 2015-2022-ci illərdə “Yuventus”da çıxış edib, daha sonra azad agent kimi “Roma”ya keçib. Argentinalı “qoca sinyora” ilə 5 dəfə A Seriya çempionluğu qazanıb.Həmçinin 30 yaşlı Dibala klub tarixində ən çox qol vuran 10 futbolçu sırasına daxil olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest