"Barselona" cari mövsümü icarə əsasında "Nottingem Forest"də keçirən "Çelsi"nin yarımmüdafiəçisi Andrey Santosa göz dikib.
 
Matc.az xəbər verir ki, 19 yaşlı futbolçu İngiltərə Premyer Liqasının hazırkı mövsümündə cəmi 7 dəqiqə meydanda olub. Bu səbəbdən "zadəganlar" futbolçunu icarədən geri çağırmaq istəyir.
 
Kataloniyalılar vəziyyətdən istifadə edib, futbolçu "Çelsi"yə qayıtdıqdan sonra "Santosu" icarəyə götürmək istəyir. Andrey bu mövsüm bir daha oynamayacaq zədəli Qavini "blauqrana" düşərgəsində əvəz edə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest