Müdafiəçi Presnel Kimpembenin taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, bir neçə klubun maraq dairəsində olan futbolçu PSJ-də qalmaq qərarına gəlib.

28 yaşlı fransalı oyunçu parislilərlə müqaviləsini 2026-cı ilin yayına qədər uzadıb. PSJ akademiyasının yetirməsi olan Kimpembe doğma klubunda qalmasına şad olduğunu bildirib: “Mənim üçün xüsusi gündü. PSJ ilə müqaviləmi uzatmaq qərarına gəldiyimi elan etməkdən məmnunam”.

Qeyd edək ki, Presnel Kimpembe 2015-ci ildən PSJ-nin əsas komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest