Yay fasiləsində “Neftçi”dən ayrılaraq “Partizan”a keçən Mateus Saldanya Türkiyəyə köçə bilər. “Beşiktaş” klubu braziliyalı hücumçunun keçidində maraqlıdı. İstanbul klubunun baş koordinatoru Samet Aybaba 24 yaşlı forvardın çıxışını canlı izləmək üçün Serbiyaya yollanıb.

Yay fasiləsində “Neftçi”dən ayrılaraq “Partizan”a keçən Mateus Saldanya Türkiyəyə köçə bilər. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş” klubu braziliyalı hücumçunun keçidində maraqlıdı.

İstanbul klubunun baş koordinatoru Samet Aybaba 24 yaşlı forvardın çıxışını canlı izləmək üçün Serbiyaya yollanıb. O, Serbiya çempionatının “Partizan” - “Srvena Zvezda” qarşılaşmasını tribunadan izləyib. “Partizan”ın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada komandanın ikinci qolunun müəllifi Saldanya olub.

Qeyd edək ki, Mateus Saldanya bu ilin yanvarından iyula kimi “Neftçi”də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest