“Oyunçular və heyət tərəfindən göstərilən fədakarlıqla fəxr edirəm”. Matc.az xəbər verir ki, bunu futzal üzrə Niderland millisinin baş məşqçisi Migel Andres deyib.

DÇ-2024-ün elit mərhələsində Azərbaycan millisini 3:0 hesabı ilə məğlub edən niderlandlılar pley-offa vəsiqə qazanıblar.

Çalışdırıcı bunu komandası üçün tarixi zəfər adlandırıb: “Fəxr edirəm ki, bu böyük nailiyyəti digər ölkələrlə müqayisədə minimal resurslarla əldə etdik. Bu böyük insanların içində olmaqdan qürur duyuram. Ümid edirəm ki, qələbə Niderlandda futzalın peşəkarlaşması yolunda daha bir addım olacaq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest