21 Dekabr 2023, 14:44
FUTBOL
“Qarabağ” itki ilə üzləşib. Yarımmüdafiəçi Riçard Almeyda sıradan çıxıb. Azərbaycan millisinin sabiq üzvü Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK-lə oyununda zədələnib. Bu səbəbdən braziliyalı 39-cu dəqiqədə əvəzlənib.
“Qarabağ” itki ilə üzləşib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Riçard Almeyda sıradan çıxıb.
Azərbaycan millisinin sabiq üzvü Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK-lə oyununda zədələnib. Bu səbəbdən braziliyalı 39-cu dəqiqədə əvəzlənib. Onun yerinə Patrik Andrade meydana daxil olub.
Qeyd edək ki, hazırda birinci hissəsi gedən matçda hesab açılmayıb.