21 Dekabr 2023, 15:05
FUTBOL
“Neftçi”nin baş məşqçisi Adrian Mutunun ailəsində ağır itki baş verib. 44 yaşlı mütəxəssisin anası Rodika Mutu vəfat edib. Rumıniyalı çalışdırıcı bununla əlaqədar ölkəsinə yollanıb.
“Neftçi”nin baş məşqçisi Adrian Mutunun ailəsində ağır itki baş verib. Matc.az xəbər verir ki, 44 yaşlı mütəxəssisin anası Rodika Mutu vəfat edib.
Rumıniyalı çalışdırıcı bununla əlaqədar ölkəsinə yollanıb. Bu üzdən də komanda Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan” önünə baş məşqçisiz çıxacaq. “Ağ-qaralar”ı meydana köməkçiləri çıxaracaq.
Qeyd edək ki, bu gün keçiriləcək “Neftçi” – “Qaradağ Lökbatan” oyunu saat 18:00-da başlayacaq.