Avropa Superliqasını yaradan “A22 Sports”un baş direktoru Bernd Reixart bu yarış formatını seçmə səbəblərini izah edib. Matc.az xəbər verir ki, turnirdə maraqlı oyunlar olacağını düşünür:

“Bu format təkcə yazda deyil, ilboyu matçlara marağı artıracaq. 40 oyunluq liqa sistemi hər görüşün vacib olduğunu bildirir. Üstəlik, demək olar ki, heç vaxt bir-birinə qarşı oynamayan klublar Avropa səhnəsində qarşılaşa biləcək. Eyni zamanda, liqalar arasında yüksəlmə və aşağı liqaya düşmə sistemi mövcuddu ki, bu da milli liqalarla möhkəm əlaqələr yaradacaq. Hesab edirik ki, bu təklif bizə iddialı məqsədlərə nail olmağa imkan verə bilər”.

Qeyd edək ki, Superliqa üç liqaya bölünəcək turnirdə 64 klub iştirak edəcək. Bütün liqalarda yarış iki mərhələdə olacaq - liqa və pley-off.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest