"Leypsiq"ə məxsus "Qalatasaray"ın ispaniyalı müdafiəçisi Anxelinyo yanvar ayında İstanbul klubunu tərk etməyə hazırdır.
 
Matc.az xəbər verir ki, onunla bir neçə klub yaxından maraqlanır.  26 yaşlı ispaniyalının "aslanlar"la icarə müqaviləsi cari mövsümün sonuna kimidir. İndiyədək futbolçu bütün turnirlərdə meydanda 19 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
 
Futbolçunun bazar dəyəri 8 milyon avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest