21 Dekabr 2023, 21:32
FUTBOL
"Mançester Yunayted" "Real Sosyedad"ın vingeri Takefusa Kubo ilə yaxından maraqlanır.
Matc.az xəbər verir ki, mankunianlılar Kubonu 2022-ci ilin yayında klubun "Ayaks"dan 95 milyon avroya transfer etdikləri Antoninin yerinə transfer etmək istəyir.
"Real"ın keçmiş oyunçusunun hazırkı klubu ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.
22 yaşlı Kubo bu mövsüm İspaniya La Liqasında 6 qol vurub, 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı gənc futbolçunu 50 milyon avro dəyərində qiymətləndirir.