"Futbol tarixi üçün çox önəmli bir gündür. Bu gündən etibarən futbol bir daha kimlərinsə monopoliyasına çevrilməyəcək"

Matc.az xəbər verir ki, "Real"ın prezidenti Fiorentino Peres, Super Liqa layihəsi haqda danışıb:

"Biz bu gün qalib gəldik. Futbol, azarkeşlər və azadlıq qalib oldu. Futbol tarixi üçün çox önəmli bir gündür. Bu gündən etibarən futbol bir daha kimlərinsə monopoliyasına çevrilməyəcək.

Super Liqa hər kəs üçün açıq və ekonomikanı ayaqda saxlayan bir turnir olacaq. Uzun müddətdən sonra monopoliyaya son vermək elə də asan olmayacaq. Yeni texnologiyalarla bir arada olacağıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest