22 Dekabr 2023, 10:04
FUTBOL
"Nyukasl" "Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Fillipsi transfer etmək uğrunda yarışda favoritdir.
Matc.az xəbər verir ki, 28 yaşlı oyunçunun nümayəndələri qış transfer pəncərəsində oyunçuları üçün yeni klub tapmaq niyyətində olduqlarını bildirərək "şəhərlilər"in rəhbərliyi ilə vəziyyəti müzakirə ediblər. Hazırda Fillipslə maraqlananlar arasında" Yuventus" və "Mançester Yunayted" də var.
Bu mövsüm o, "Mançester Siti"nin heyətində 10 oyunda meydana çıxıb. "Transfermarkt" 28 milyon avro dəyərində qiymətləndirdiyi yarımmüdafiəçi cari mövsümdə cəmi 1 qol vurub.