Matc.az xəbər verir ki, "Çelsi"nin kapitanı Ris Ceyms əməliyyat olunduqdan sonra açıqlama verib:
 
“Futbol dünyası zədəmi bilirdi, amma bütün bu müddət ərzində ən yaxşı həll yolu tapmağa çalışdım. Bu gün təkrarlanan problemi həll etmək üçün əməliyyat olundum. Artıq fiziki və əqli bərpa prosesinə başlamışam.
 
Bu zədədən sonra çox dəstək aldım, amma mənə qarşı nifrət və mənfilik daha da artdı. İnanın, insanları incitmək istəmirəm. Mən futbol oynayanda özümü çox xoşbəxt hiss edirəm”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest