Əlcəzair futbolunda faciə baş verib. Liqa 1 təmsilçisi “El Bayad”ın avtobusu qəzaya uğrayıb. Hadisə komanda ölkə çempionatının XI turunun “Kabilia” ilə səfər görüşünə yollanarkən yaşanıb. Köməkçi məşqçi Xalid Meftah və bu mövsüm iki matçda meydana çıxan 27 yaşlı qapıçı Zakaria Buuziani qəza nəticəsində dünyasını dəyişib.
Əlcəzair futbolunda faciə baş verib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi “El Bayad”ın avtobusu qəzaya uğrayıb.
Hadisə komanda ölkə çempionatının XI turunun “Kabilia” ilə səfər görüşünə yollanarkən yaşanıb. Köməkçi məşqçi Xalid Meftah və bu mövsüm iki matçda meydana çıxan 27 yaşlı qapıçı Zakaria Buuziani qəza nəticəsində dünyasını dəyişib. “El Bayad”ın daha 10 üzvü isə yaralanıb.
Faciə ilə əlaqədar yerli futbol federasiyası bütün liqalarda həftəsonu olan turu, həmçinin dekabrın 26-da keçirilməli olan Əlcəzair Kubokunun püşkatma mərasimini təxirə salıb.