Ronaldinyo “FourFourTwo” nəşrinin versiyasına görə, 2000-ci illərin ən yaxşı milli futbolçusu seçilib. Braziliyalı 32 nəfərlik siyahıya başçılıq edir. Britaniya jurnalı 2000-2009-cu illər arasında milli səviyyəsində ən yaxşı oyun nümayiş etdirənləri sıralayıb.

Ronaldinyo “FourFourTwo” nəşrinin versiyasına görə, 2000-ci illərin ən yaxşı milli futbolçusu seçilib. Matc.az xəbər verir ki, braziliyalı 32 nəfərlik siyahıya başçılıq edir.

Britaniya jurnalı 2000-2009-cu illər arasında milli səviyyəsində ən yaxşı oyun nümayiş etdirənləri sıralayıb. Reytinqdə fransalı Zinəddin Zidan 2-ci, digər braziliyalı Kaka üçüncüdü.

Maraqlıdı ki, Kriştiano Ronaldo 6-cı, Lionel Messi isə 10-cu pillədə özünə yer tapa bilib.

İlk “15-lik” belədi:

1. Ronaldinyo (Braziliya)

2. Zinəddin Zidan (Fransa)

3. Kaka (Braziliya)

4. Andres İnyesta (İspaniya)

5. Xavi (İspaniya)

6. Kriştiano Ronaldo (Portuqaliya)

7. Ronaldo (Braziliya)

8. Rio Ferdinand (İngiltərə)

9. Andrea Pirlo (İtaliya)

10. Lionel Messi (Argentina)

11. Zlatan İbrahimoviç (İsveç)

12. Samuel Eto'O (Kamerun)

13. Eşli Koul (İngiltərə)

14. Andrey Şevçenko (Ukrayna)

15. Alessandro Nesta (İtaliya).

Qeyd edək ki, Miroslav Kloze 16-cı, Tyerri Anri 18-ci, Paolo Maldini 22-ci, Fabio Kannavaro 24-cü, Ueyn Runi 25-ci, Xabi Alonso 29-cu, Canluici Buffon 32-ci yerdə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest