Azərbaycan Kubokunun 1/8 final mərhələsində “İrəvan”la qarşılaşan “Araz-Naxçıvan” rəqibini 8:2 hesabı ilə üstələyib. Görüşdə 10 qolun vurulması rekordla əlamətdar olub. Kubok tarixində 15-ci dəfə bir görüşdə 10 və ya daha çox qol vurulub.

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “İrəvan”la qarşılaşan “Araz-Naxçıvan” rəqibini 8:2 hesabı ilə üstələyib. Matc.az xəbər verir ki, görüşdə 10 qolun vurulması rekordla əlamətdar olub.

Kubok tarixində 15-ci dəfə bir görüşdə 10 və ya daha çox qol vurulub. 1992-ci ildən təşkil olunan turnirdə indiyə qədər 14 belə yüksək məhsuldarlıq yaşanmışdı.

Son 15 mövsümdə isə birinci dəfə bir matçda azarkeşlər 10 qol seyr ediblər. Axırıncı dəfə 2008-09 mövsümündə buna təsadüf olunub. 2008-ci il oktyabrın 30-dakı oyunda “Bakı” “Qafqaz Universiteti”ni 10:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” ölkə kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə rəqib olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest