Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə MOİK-lə keçirilən oyun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 51 yaşlı mütəxəssis yubiley qələbəsini qazanıb.

O, ağdamlıların sükanı arxasında ölkə kubokunda 40-cı qalibiyyətini əldə edib. Bunun üçün Qurbanova 64-cü görüş kifayət edib.

Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”a rəhbərlik edir. Onun kubokda ilk qələbəsi 2008-09 mövsümündə olub. Komanda həmin vaxt 1/8 finalda “Bakılı”nı evdə 3 cavabsız qolla üstələyib.

Qeyd edək ki, MOİK-i 1:0 hesabı ilə məğlub edən “Qarabağ” 1/4 finalda “Sabah”la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest