Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilib. Matc.az xəbər verir ki, günün yeganə görüşü Sumqayıtda baş tutub.
 
“Sumqayıt” öz meydanında “Kəpəz”i qəbul edib. Görüş Gəncə klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qeyd edək ki, sabah “Zirə” – “Turan Tovuz”, “Sabah” – “Araz-Naxçıvan”, martın 3-də isə “Qəbələ” – “Səbail” və “Neftçi” – “Qarabağ” görüşləri keçiriləcək.
 
Azərbaycan Premyer Liqası
XXV tur
1 mart
 
“Sumqayıt” – “Kəpəz” 1:3 
Qollar: İsa Suliman, 80 - Vüsal Məsimov, 20, Mate Kvirkviya, 62, Əli Səmədov, 90+5
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Baş hakim: Əliyar Ağayev
 
Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 4. İsa Suliman, 10. Kamran Aliev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi
 
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 21. Nihad Əhmədzadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 23. Cordan Rezabala
 
Baş məşqçi: Samir Abasov
 
Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
 
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 91. Latir Fal
 
Baş məşqçi: Adil Şükürov
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest