Almaniya Bundesliqasının VIII turunda mərkəzi qarşılaşma keçirilib. Matc.az xəbər verir ki, Münhendə “Bavariya” ilə Dortmund “Borussiya”sı üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb.

Qarşılaşmada hesabı 38-ci dəqiqədə Konrad Laymer açıb. İkinci hissədə Seru Girassi 60-cı dəqiqədə tarazlığı bərpa edib. Altı dəqiqə sonra Dayo Upamekano yenidən meydan sahiblərini önə çıxarıb.

Oyunun 89-cu dəqiqəsində Fabio Silva fərqlənərək Dortmund təmsilçisinə bir xal qazandırıb.

Görüşün diqqətçəkən məqamlarından biri Harri Keynin penaltidən yararlana bilməməsi olub. İngiltərəli hücumçunun 57-ci dəqiqədə yerinə yetirdiyi zərbə dirəyə tuş gəlib. “Bavariya” son dəqiqələrdə də qol imkanlarından yararlana bilməyib.

Beləliklə, komandalar xalları bölüşüblər. Hər iki klubun hesabında 18 xal var. “Bavariya” top fərqinə görə turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, “Bavariya” bu qarşılaşmada bir neçə futbolçusunun zədələnməsi ilə də üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest