Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Leroy Sane matçdan sonra davranışı ilə gündəmə gəlib. Matc.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi “Konyaspor” üzərində 4:0 hesablı qələbədən sonra onu çəkən kameramana sərt reaksiya verib.

Oyunun final fitindən sonra komanda yoldaşları qələbəni birlikdə qeyd etdiyi halda, Sane onlardan bir qədər kənarda dayanıb. Bu zaman ona yaxınlaşaraq görüntülərini çəkmək istəyən kameramana ingilis dilində “Kameranı məndən uzaq tut” məzmununda kobud ifadə işlədib.

Futbolçunun sözləri canlı yayım zamanı da eşidilib.

Sane-nin buna hansı səbəbdən əsəbiləşdiyi məlum deyil. O, qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 61-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, “Qalatasaray” həmin görüşdə 4:0 hesablı qələbə qazanıb. Viktor Osimhen, Yunus Akgün, Aleksey Batrakov və Rafael Leao fərqləniblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest