Türkiyə Super Liqasında X turun oyunları davam edir. Matc.az xəbər verir ki, turun maraqlı qarşılaşmalarından birində “Fənərbaxça” doğma meydanda “Göztəpə”ni qəbul edib. İstanbul təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

“Chobani” stadionunda keçirilən görüşdə ilk qolu meydan sahibləri vurub. Matteo Gunduzi  45+1-ci dəqiqədə fərqlənərək komandasını hesabda önə keçirib.

İkinci hissədə isə qonaqlar əzmkar qələbə qazanıblar. Sinclair Armstrong 76-cı dəqiqədə hesabı bərabərləşdirib. Cəmi iki dəqiqə sonra Andre Henrique “Göztəpə”yə qələbə qazandıran qolu vurub.

Beləliklə, “Fənərbaxça” ardıcıl ikinci məğlubiyyətini alıb və 10 turdan sonra 16 xalla kifayətlənib. İstanbul klubu lider “Qalatasaray”dan 9 xal geri qalır. “Göztəpə” isə xallarının sayını 15-ə çatdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest