01 Noyabr 2026, 17:00
FUTBOL
“Mançester Yunayted”in rəhbərliyi baş məşqçi Maykl Karriklə bağlı qərarını verib. Matc.az xəbər verir ki, komandanın uğursuz nəticələrinə baxmayaraq, mütəxəssis “Roma” ilə qarşılaşmada da vəzifəsinin icrasını davam etdirəcək.
“Qırmızı şeytanlar” son doqquz matçda qələbə qazana bilməyib. Komanda son olaraq İngiltərə Premyer Liqasında “Çelsi”yə 0:2 hesabı ilə uduzub.
Buna baxmayaraq, klub rəhbərliyi Karrikə vəziyyəti düzəltmək üçün daha bir şans vermək qərarına gəlib.













