Türkiyə futbolunda mərc qalmaqalı genişlənməkdə davam edir. Matc.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirak etdikləri aşkarlanan 448 hazırkı və sabiq klub rəsmisini müvəqqəti olaraq futboldan kənarlaşdırıb.

Siyahıda “Trabzonspor”un prezidenti Ərtuğrul Doğan və “Beşiktaş”ın vitse-prezidenti Hakan Daltaban da yer alıb. İşlər araşdırılması üçün federasiyanın İntizam Komitəsinə göndərilib.

Doğan əvvəllər mərc hesabının olduğunu açıqlayıb, lakin qanunsuz hərəkət etmədiyini bildirib.

Qeyd edək ki, Türkiyə futbolunda mərc qalmaqalı ilə bağlı araşdırmalar davam edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest