Portuqaliya millisinin və “Yuventus”un futbolçusu Fransişku Konseysau UEFA tərəfindən üç oyunluq diskvalifikasiyaya məruz qalıb. Matc.az xəbər verir ki, 23 yaşlı vinger bu cəzaya hakimə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə layiq görülüb.
Hadisə Portuqaliya və Norveç milliləri arasında keçirilən UEFA Millətlər Liqasının oyununda baş verib. Portuqaliyanın 2:1 hesablı qələbəsi ilə başa çatan görüşün 86-cı dəqiqəsində Konseysau etirazlarına görə qısa müddət ərzində iki sarı vərəqə alaraq meydandan qovulub.
Lakin futbolçunun aqressiv davranışı bununla yekunlaşmayıb. Soyunub-geyinmə otağına gedərkən o, dördüncü hakimlə də mübahisə edib. Portuqaliya millisinin nümayəndələri futbolçunu sakitləşdirmək üçün müdaxilə etməli olublar.
UEFA-nın İntizam Komitəsi hadisəni araşdırdıqdan sonra futbolçuya üç oyunluq cəza verib. Bu qərar qüvvədə qalarsa, Konseysau Portuqaliyanın Danimarka və Uelslə qarşılaşmalarını, həmçinin Millətlər Liqasının 2027-ci ilin martında keçiriləcək 1/4 final mərhələsinin ilk oyununu buraxacaq.
Portuqaliya Futbol Federasiyası qərardan şikayət verməyi planlaşdırır. Hazırda zədə səbəbindən “Yuventus”da müalicə alan futbolçunun cəzasının azaldılması üçün apellyasiya müraciəti edilə bilər.






_1793540562.jpg)






