İspaniya La Liqasının XI turunda “Barselona” doğma meydanda “Alaves”i qəbul edib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi rəqibini 6:1 hesabı ilə məğlub edib.
Qarşılaşmada Rafinya və Lamin Yamal hərəyə iki dəfə fərqləniblər. Fermin Lopes və Entoni Qordon da adlarını tabloya yazdırıblar. Qonaqların yeganə qolunu isə Mariano Dias vurub.
Fermin Lopes görüşdə bir qolla yanaşı, iki məhsuldar ötürmə ilə yadda qalıb. Rafinya da iki dəfə fərqlənərək komandasının böyükhesablı qələbəsində mühüm rol oynayıb.
Qeyd edək ki, “Barselona” bundan əvvəl “Real Madrid”ə və PSJ-yə məğlub olmuşdu. Kataloniyalılar bu qələbə ilə uğursuz nəticələrdən sonra özlərinə gəliblər.
Bu nəticədən sonra “Barselona” 30 xalla turnir cədvəlinin lideridir. Ən yaxın izləyicisi “Atletiko”nun 28 xalı var.













