01 Mart 2024, 15:43
FUTBOL
Bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Matc.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
İclasda aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilsin;
2. Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
- İsmayıl Əliyev
- Esmiralda Ələkbərova (həkim)
- Qara Qarayev
- İqor Ponomaryov
- Vaqif Sadıqov
- Maşallah Əhmədov
Qeyd edək ki, “Kəpəz” Futbol Akedemiyasının tikintisilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.
İclasın sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcəyini bildirib.