Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununa bilet satışı davam edir. Matc.az xəbər verir ki, martın 7-də baş tutacaq qarşılaşmaya biletlər tükənmək üzrədi.
Qarşılaşmanın keçirilməsinə hələ 5 gün vaxt qalsa da, artıq 27 min bilet satılıb. Məhdud sayda bilet satışı isə davam edir.
Azarkeşlər biletləri “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər. “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılır.
Qeyd edək ki, martin 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” görüşü saat 21:45-də başlayacaq. Cavab matçı martın 14-də Leverkuzendə oynanılacaq.