Topaz Premyer Liqasının XXV turunun "Keşlə" ilə oyunu "Qarabağ"ın iki futbolçusu üçün yubileylə əlamətdar olub. Maksim Medvedevlə yanaşı, Mahir Mədətov də yubiley oyununa çıxıb. Mahir Premyer Liqada 100-cü oyununu keçirib.

Topaz Premyer Liqasının XXV turunun "Keşlə" ilə oyunu "Qarabağ"ın iki futbolçusu üçün yubileylə əlamətdar olub. Matc.az xəbər verir ki, Maksim Medvedevlə yanaşı, Mahir Mədətov da yubiley oyununa çıxıb.

Maksim rekordçusu olduğu Ağdam klubunun heyətində keçirdiyi 400 görüşdə 12 qol vurub. 30 yaşlı müdafiəçi çempionatda 282 (10 qol), kubokda 37 (1 qol), avrokuboklarda 81 (1 qol) dəfə meydana çıxıb.

Mahir isə Premyer Liqada 100-cü oyununu keçirib. 22 yaşlı hücumçu bu qarşılaşmalarda 28 qol vurub. Bütün qollarını indiki klubunda rəqib qapısından keçirən Mədətov ağdamlıların heyətində 84 çempionat qarşılaşmasında şans qazanıb. O, digər 16 matçı yetirməsi olub debüt etdiyi "Bakı"da keçirib.

Qeyd edək ki, "Qarabağ" "Keşlə"ni üç cavabsız qolla məğlubiyyətə uğradıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest