"Zirə"nin öz oyun üslubu var. Belə komandalara qarşı oynamaq çətindi. Futbolçularımız həm müdafiədə, həm hücumda verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Bunun daha çox alındığını söyləmək olar".
"çətin oyun olacağını bilirdik. çünki rəqibimiz yaxşı komanda idi". Matc.az "Qəbələ"nin rəsmi saytına istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Sənan Qurbanov deyib.
Topaz Premyer Liqasının XXV turunda "Zirə"ni qəbul edən "qırmızı-qaralar" meydanı 2:1 hesablı qalibiyyətlə tərk edib.
Qurbanov oyunsonrası mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: "Zirə"nin öz oyun üslubu var. Belə komandalara qarşı oynamaq çətindi. Futbolçularımız həm müdafiədə, həm hücumda verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Bunun daha çox alındığını söyləmək olar. üzərində çalışdığımız elementlərdən qol vurduq. Bu, bizi sevindirən amildi. Oyunçuları təbrik etmək istəyirəm. Zədəli futbolçularımız bu gün meydana çıxdılar, mübarizə apardılar, xarakter göstərdilər. Növbəti matça hazırlaşacağıq".
Baş məşqçi ilk hissənin sonlarında zədələnən Dmitri Bezotosnının durumu barədə də məlumat verib: "Bezotosnı bizim üçün çox vacib futbolçudu. Futbolda zədələrdən qaçmaq olmur. İlkin müdaxilə edilib. Yaxın günlərdə müayinədən sonra zədənin nə dərəcədə ciddi olacağını biləcəyik".
Sənan Qurbanov görüşdə sarı vərəqə alan Elvin Camalovu buna görə qınamaq fikrində deyil: "Nəinki "Səbail"lə oyun, hər qarşılaşma bizim üçün vacibdi. Hər oyun üç xaldı. Bilirdik ki, futbolçular cəzalı duruma düşə bilər. Oyunçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik. Onlara qaydalar çərçivəsində aqressiv oynamağı və emosiyaları düzgün bölməyi tapşırırıq. Elvin Camalov meydanda böyük iş gördü. Aldığı sarı vərəqə üçün onu qınamaq olmaz".