19 Avqust 2024, 16:43
FUTBOL
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Dinamo"nun qonağı olacaq “Qarabağ” Xorvatiyaya yollanıb. Matc.az xəbər verir ki, Qurban Qurbanovun komandası bu gün Zaqrebə yola düşüb.
Avqustun 20-də keçiriləcək "Dinamo" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması isə avqustun 28-də Bakıda gerçəkləşəcək.