Bundan əlavə, sədr "Sumqayıt" - "Şəfa" qarşılaşmasında meydan sahiblərinin oyunçusu İsa Sulimanın təsadüf nəticəsində topa əllə toxunduğunu bildirib.

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının X turunun oyunlarındakı mübahisəli epizodları şərh edib. Matc.az xəbər verir ki, qurum rəsmisi "Kəpəz" - "İmişli" oyununda baş hakim Elçin Məsiyevin səhv qərar verdiyini söyləyib.
 
R.Həsənovun sözlərinə görə, "İmişli"nin qolu qaydalar çərçivəsində vurulsa da, qeydə alınmayıb.
 
Bundan əlavə, sədr "Sumqayıt" - "Şəfa" qarşılaşmasında meydan sahiblərinin oyunçusu İsa Sulimanın təsadüf nəticəsində topa əllə toxunduğunu bildirib.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest